AZ

Azərbaycan və Ermənistan sülh sazişinə nəzarət üçün birgə komissiya yaradacaq

Azərbaycan və Ermənistan paraflanmış sülh sazişinin icrasına nəzarət etmək məqsədilə birgə komissiya yaradacaqlar.

Doğru.az xəbər verir ki, sənəddə tərəflərin sazişin tam yerinə yetirilməsinə zəmanət verdiyi və komissiyanın razılaşdırılmış mexanizmlər əsasında fəaliyyət göstərəcəyi qeyd olunub.

Saziş çərçivəsində Ermənistan və Azərbaycan qarşılıqlı ərazi iddialarından imtina edib, həmçinin sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi barədə razılığa gəliblər.

Avqustun 11-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla paraflanmış sülh sazişinin mətnini dərc edib.

DOĞRU.AZ

Seçilən
62
50
dogru.az

10Mənbələr