AZ

Coy-Slayd Mikels “Karvan”da

Almaniyanın “Uevekoven” klubunun sol vingeri Coy-Slayd Mikels bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Coy-Slayd Mikels “Borussiya” (Mönhenqladbax) klubunun yetirməsidir. 31 yaşlı vinger karyerası ərzində “Alemanniya Aaxen”, “Rödinqhauzen”, “Aarqau”, “Veqberq”, “Srtommen”, “Aaarau”, “Ay-yıldızspor” kimi klubların da formasını geyinib. Mikels “Uevekoven”ə elə bu yay qoşulmuşdu. Amma o, Azərbaycandan aldığı sərfəli təklifə görə Almaniya klubunu erkən tərk edib.

Qeyd edək ki, Coy-Slayd hazırda “Sabah”da çıxış edən Coy-Lens Mikelsin əkiz qardaşıdır. Onların daha bir qardaşı Leroy Mikels də ötən mövsümü “Şamaxı”da keçirib.

“Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Nqvisani, Şakil Sno, Uğur Cahangirov, Vitor Roşa və Səid İranxanı da heyətinə qatmışdı. Kamran İbrahimov, İbrahim Qədirzadə, Rəhman Şabanov və Ceyhun Bağırzadə ilə də yeni müqavilə imzalanıb.

Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyev isə komandanı tərk ediblər.

Seçilən
18
16
arena.az

10Mənbələr