AZ

Güclü zəlzələdə ölən şəxs məşhur aktrisanın qohumu imiş - FOTO

Ötən gün Türkiyənin Balıkesir rayonunun Sındırqı rayonunda baş verən zəlzələdə ölən şəxsin kimliyi bəlli olub.

Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, türkiyəli məşhur aktrisa Eylül Tumbar ölən şəxsin əmisi olduğunu açıqlayıb.

Aktrisa əvvəlcə sosial şəbəkələrdə paylaşım edərək zəlzələ bölgəsi üçün yardım istəsə də, daha sonra əmisinin öldüyünü yazıb.

Təbii fəlakət nəticəsində 81 yaşlı Nihat Önbaşın vəfat etdiyi açıqlanıb. 

Məlum olub ki, N.Önbaş və həyat yoldaşı Hamdide Önbaş zəlzələ zamanı 3 mərtəbəli binanın altında qalıb.

Onların hər ikisi dağıntılar altından çıxarılarq xəstəxanaya yerləşdirilsə də, N.Önbaş vəfat edib, H.Önbaşın qolu sınıb.

Xatırladaq ki, ötən gün Balıkesir rayonunda 6.1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul, Bursa, Kocaeli və ətraf rayonlarda da hiss edilib.Təbiət hadisəsi nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb, 10-a yaxın bina dağılıb.

Qeyd edək ki, "Biz kimden kaçıyorduk anne", "Yalan", "Kendi düşen ağlamaz" və "Bir ömrün sonbaharı" adlı film və seriallarda rol alıb.

Billurə

Seçilən
43
26
olke.az

10Mənbələr