AZ

Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib » AzadMedia.az


Azərbaycanı Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib.

“Samokov Arena”da təşkil ediləcək mundialda ölkəmizin 23 güləşçisi mübarizə aparacaq.

Yarışın ilk günlərində sərbəst güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Fərhad Hacıyev (61 kq), Ağa Qasımov (65 kq), Nurlan Ağazadə (70 kq), Ağanəzər Novruzov (74 kq), Muradxan Omarov (79 kq), Təbriz Bayramov (86 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.

Daha sonra qadın güləşində baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) mübarizəyə qoşulacaq.

Dünya çempionatının son günlərində estafet yunan-Roma güləşçilərinə keçəcək. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli və Zöhrab Abbasovun rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Seymur Qasımov (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) ölkəmizi təmsil edəcək.

Avqustun 17-dən 24-dək keçiriləcək yarışda görüşlər hər gün Bakı vaxtı ilə 11:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 19:00-da start götürəcək.

Məsul yarışda I dərəcəli hakimlər – Kamran Əliyev və Bəşir İsazadə ədaləti qoruyacaq.
Seçilən
37
19
azadmedia.az

10Mənbələr