AZ

“ABŞ Azərbaycanda enerji sektoruna investisiya yatırmaqda maraqlıdır” -İqtisadçı

"ABŞ-nin Zəngəzur Dəhlizində iştirakı regionda balansı dəyişdirərək Azərbaycanın iqtisadi və siyasi baxımdan daha güclü müttəfiqə çevrilməsinə və regionda dayanıqlılığının güclənməsinə səbəb olacaq”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova ABŞ-nin Zəngəzur dəhlizində iştirakı ilə yaranacaq yeni ABŞ-Azərbaycan iqtisadi münasibətlərindən danışarkən bildirdi.

“Dəhliz geosiyasi və iqtisadi baxımdan xüsusi strateji əhəmiyyət daşıyır. Belə ki, Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropanı birləşdirən nəqliyyat yoludur.

ABŞ-nin bu məsələdə iqtisadi əməkdaşlığı digər tərəfdaş olduğu ölkələrlə iqtisadi münasibətlərin daha da inkişafına təkan verəcək”.

İqtisadçı əlavə etdi ki, bir sıra ölkələr kimi ABŞ də Azərbaycanda enerji sektoruna investisiya yatırmaqda maraqlıdır. 

“Həmçinin dəhliz boyunca layihə və işlərin icrasında ABŞ mütəxəssisləri yaxından iştirak edəcəklər. Azərbaycan iqtisadiyyatı baxımından mövzunu müzakirə etsək, bu, həm ölkəmizdə logistika və nəqliyyat sahəsinin inkişafı, həm də yeni iş yerlərinin yaradılması, eləcə də tranzit ölkə kimi digər dövlətlərlə ticari tərəfdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. ABŞ-nin bu arenada iştirakı da hər şeydən əvvəl geosiyasi sabitlik və bölgədə sülhün qorunması baxımından önəmli hesab olunur.

Həmçinin bölgəyə xarici mütəxəssislərin cəlb olunması, investisiya yatırımı Azərbaycan iqtisadiyyatı üçün əlavə qazanc mənbəyidir. ABŞ-nin bu prosesdə iştirakı digər ölkələr üçün də etibarlı ticari tərəfdaşlığın başlanğıcıdır”.

Xədicə BAXIŞLI

Seçilən
97
50
redaktor.az

10Mənbələr