Müəllif:Mehin Qasımova,Banco.az
Məşhur avtomobil nəhəngi “Stellantis” yanğına səbəb ola biləcək yanacaq sızması səbəbindən dünya üzrə 755 mindən çox avtomobili geri çağırır.
Banco.az xəbər verir ki, Bild nəşrinin məlumatına görə, bu tədbir dünya üzrə 756 916 avtomobilə təsir edib ki, onlardan 85 642-si Almaniyadadır. Geri çağırılma qrupun bir neçə markasını, o cümlədən Opel, Peugeot Fiat, Citroën, DS, Lancia və Alfa Romeo-nu əhatə edir. Almaniyanın Federal Avtomobil Nəqliyyatı İdarəsinin qeyd etdiyi kimi, yüksək təzyiq xətti ilə yanacaq relsləri arasında əlaqə kifayət qədər bərkidilməmişdir. Bu, yanacağın sızmasına və alovlanmasına gətirib çıxara, ciddi yanğın təhlükəsi yarada bilər.
Agentliyin məlumat bazasına əsasən, iyunun 17-nə geri çağırışla bağlı artıq 11 yanğın hadisəsi qeydə alınıb.
Baxışdan keçən avtomobillər sexlərdə sınaqdan keçiriləcək. Avtomobil sahibləri istehsalçı tərəfindən məlumatlandırılacaq və hər hansı riski aradan qaldırmaq üçün geri çağırma məlumatını dərhal nəzərə almalıdırlar.