“Qərb-2025” təlimlərində qeyri-strateji nüvə silahlarından istifadə və “Oreşnik” kompleksinin yerləşdirilməsi praktikası keçirilib.
Herbiand.az bildirir ki, bu barədə Belarusun müdafiə nazirinin birinci müavini Pavel Muraveyko deyib.
“Biz qarşımıza qoyduğumuz bütün tapşırıqların öhdəsindən gəldik. Əlamətdar hadisələr arasında mən qeyri-strateji nüvə silahlarının istifadəsinin planlaşdırılması və nəzərdən keçirilməsini, “Oreşnik” mobil raket kompleksinin qiymətləndirilməsini və yerləşdirilməsini qeyd edə bilərəm”, - Muraveyko söyləyib.
Qeyd edək ki, “Qərbd-2025” təlimləri sentyabrın 12-dən 16-dək Belarusda keçirilir.
Bəxtiyar CƏFƏRLİ