AZ

İngiltərə Premyer Liqasında 4-cü turun ən yaxşı oyunçusu seçildi

İngiltərə Premyer Liqasında 4-cü turun ən yaxşı futbolçusu müəyyənləşib. 

90deqiqe.Az xəbər verir ki, fanatlar arasında keçirilən sorğuya əsasən, bu mükafatı “Tottenhem”in yarımmüdafiəçisi Lukas Bergvall qazanıb.

Cari mövsümdə əvvəlki turlarda da “Tottenhem” oyunçuları bu titulu qazanmışdı – Riçarlison, Joau Palinya və Dominik Soboslay. Beləliklə, ilk dörd turdan üçündə fanatlar “Tottenhem” nümayəndələrini ən yaxşı seçiblər.

Hazırda Premyer Liqanın lideri “Liverpul”dur; komanda dörd turda hələ xal itirməyib. Bu həftəsonu Arne Slotun yetirmələri “Everton”la derbi oyununa çıxacaqlar.

Seçilən
58
90deqiqe.az

1Mənbələr