“Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik”.

Offsideplus.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika” ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:

"Futbolçularımı bu uğura görə təbrik edirəm. Biz bu gün məğlub da ola bilərdik. Çünki oyunun əvvəlində üstünlük rəqibdə idi. İlk hissədi iki top geridə qaldıq. Oyunun gedişatını dəyişmək heç də asan görünmürdü. Ancaq futbolçularımdakı inam, sınmamaq və vurduğumuz ilk qol qalibiyyət əldə etməyə kömək oldu. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir. Bu komanda topla çox yaxşı rəftar edir və ağıllı futbol oynayır. Mən öncədən demişdim ki, futbolçularım həm daha çox əziyyət çəkəcək, həm də istəkli olacaq. Şükürlər olsun ki, böyük bir qalibiyyət əldə etdik”.

Qeyd edək ki, "Benfika" - "Qarabağ" matçı təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.