AZ

“Benfika” Bruno Lajini istefaya göndərib

Portuqaliyanın “Benfika” klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçisi Brunu Laji olə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bu barədə məlumatı klub prezidenti Ruy Koşta təsdiqləyib.

O, bunun üçün təəssüfləndiyini bildirib.

Portuqaliyanın nüfuzlu “A Bola” nəşrinin yazdığına görə, baş məşqçi postuna əsas namizəd Joze Mourinyodur. Mənbənin iddiasına görə, bu gün təcrübəli mütəxəssislə rəsmi danışıqlara başlanacaq.

Qeyd edək ki, “Qarabağ” Lissabonda baş tutan oyunda rəqibini 3:2 hesabı ilə məğlub edərək tarixi qələbə qazanıb.

İdman.biz

Seçilən
32
idman.biz

1Mənbələr