AZ

Tahir Gözəl: Bu zəfər birlik hesabına qazanıldı

Bakı, 17 sentyabr, AZƏRTAC

Bu qələbəni İlham Əliyevə həsr edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya (Portuqaliya ) 3:2 hesabı ilə qalib gəldikləri I tur oyunundan sonra hava limanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "Benfika" kimi böyük komandası udmaq böyük hissdir: "Bütün xalqımızı təbrik edirəm. Bu uğur klubdakı birlik sayəsində ərsəyə gəldi. "Benfika" son 9 oyun idi məğlub olmurdu. Biz onları üstələməyi bacardıq".

Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2. Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.

Ağdam təmsilçisi Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Seçilən
28
5
azertag.az

6Mənbələr