AZ

Parlamentdə dəyirmi masaOLACAQ

Milli Məclisin payız sessiyası müddətində insan hüquqları ilə bağlı qabaqcıl beynəlxalq təcrübə əsasında dəyirmi masa keçiriləcək.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2025-ci il payız sessiyasının iş planında öz əksini tapıb.

Dəyirmi masa “Rəqəmsal suverenlik, informasiya suverenliyi və insan hüquqları” mövzusunda təşkil olunacaq.

Eyni zamanda, “Vəkillik institutu-vətəndaşların insan hüquqlarının təmin edilməsi və beynəlxalq standartların tətbiqi mexanizmlərinin təkmilləşməsində yeri və rolu” mövzusunda da dəyirmi masanın keçirilməsi planlaşdırılır.

“Beynəlxalq məhkəmə və hüquq institutlarının fəaliyyətində yeni tendensiyalar, perspektivlər- Azərbaycandan baxış” mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, “Böyük Qayıdış”la bağlı Azərbaycanın yeganə təcrübəsi” mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirənin təşkil edilməsi planlaşdırılır.

Seçilən
49
5
redaktor.az

6Mənbələr