AZ

"Qarabağ"ln prezidenti: Azərbaycan futbolunun möhkəmliyini, parlaqlığını və gücünü dünyaya göstərdik

BAKI, 17 sentyabr. TELEQRAF

“Qarabağ” Azərbaycan futbolunun möhkəmliyini, parlaqlığını və gücünü dünyaya göstərdi. Bu, əlbəttə ki, böyük fəxrdir. Biz böyük bir qürur hissi yaşayırıq”.

Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

O, Heydər Əliyev Beynəlxalq Hava Limanında komandanın qarşılanma mərasimində jurnalistlərə açıqlamasında Portuqaliyanın “Benfika” klubu üzərində qələbəni belə şərh edib: “Azərbaycan gənclərinə bir mesajım var: özünüzə inanın. Azərbaycanlı olmaq dünyanın ən gözəl hisslərindən biridir. Əlbəttə, “Qarabağ”ın sistemi və illərlə toplanmış təcrübəsi var. Bu, klub daxilindəki birlik və həmrəyliyin nəticəsidir. Qarşımızda son 9 oyunda məğlub olmayan bir klub var idi. Büdcəsi bizdən bəlkə də 15 dəfə böyük olan bir rəqiblə qarşılaşdıq. “Benfika” möhtəşəm klubdur. Onun rəhbəri, prezidenti – alicənab Rui Koşta özü də futbol adamıdır”.

Seçilən
23
teleqraf.com

1Mənbələr