AZ

Çin Rusiyanı sanksiyalarlahədələdi

Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yeni – 19-cu raundu çərçivəsində bir neçə Çin şirkətinə sanksiya tətbiq etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri üç Avropa diplomatik mənbəyə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, müzakirələrdə Çin Xalq Respublikasından daha çox hüquqi şəxsin sanksiyalar siyahısına daxil edilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı müvafiq iclasın sentyabrın 19-da keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, sentyabrın 16-da "Bloomberg" agentliyi Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı yeni – 19-cu sanksiyalar paketi üzərində işlədiyini xəbər vermişdi.

Yeni sanksiyaların əsas hədəfi Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləmək üçün üçüncü ölkələr vasitəsilə əldə etdiyi texnologiya və avadanlıqlara mane olmaqdır. Bu kontekstdə Çin şirkətlərinin də bu tədarük zəncirində rol oynadığı ehtimal edilir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
47
2
redaktor.az

3Mənbələr