BAKI, 17 sentyabr. TELEQRAF
Dünyada geosiyasi gərginlik artır, sosial problemlər dərinləşir və nüvə münaqişəsi riski son onilliklərin ən yüksək səviyyəsinə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Dünya və ənənəvi dinlərin liderlərinin VIIIQurultayında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu şəraitdə əsas rol diplomatiyaya məxsusdur – qarşılıqlı etimadı gücləndirmək və dialoqu inkişaf etdirmək üçün.
Prezident həmçinin dini liderləri xalqlar və mədəniyyətlər arasında etimadı möhkəmləndirməyə çağırıb: "Onlar siyasətçilərə sağlam düşüncə və mənəvi məsuliyyəti xatırlatmalıdırlar".
Dövlət başçısı əlavə edib ki, Qazaxıstan milli və dini həmrəyliyin möhkəmləndirilməsi sahəsində böyük təcrübəyə malikdir.