AZ

Yaponiya Trampın təklifini rədd etdi Çin və Hindistana qarşı gömrük rüsumlarını artırmayacaq

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Yaponiya maliyyə naziri Kacunobu Kato ABŞ-ın Çin və Hindistana qarşı gömrük rüsumlarını artırmaq çağırışına qarşı çıxıb.

“Bloomberg”in məlumatına görə, Kato bildirib ki, Tokio Dünya Ticarət Təşkilatı (DTT) çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir və müəyyən olunmuş limitlərdən yuxarı rüsum tətbiq edə bilməz: “Bizim üçün çətin olardı, məsələn, hansısa ölkə Rusiyadan neft idxal etdiyi üçün gömrük rüsumunu 50 faizə qədər qaldırmaq”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Avropa İttifaqı və G7 ölkələrini – o cümlədən Yaponiyanı və Kanadanı – Çinə və Hindistana qarşı əlavə gömrük rüsumları tətbiq etməyə çağırmışdı. Vaşinqton hesab edir ki, bu ölkələrin Rusiyadan neft alışı Moskvanın “hərbi maşınını maliyyələşdirir” və Ukraynada müharibənin uzanmasına şərait yaradır.

ABŞ maliyyə naziri Skott Bessent isə açıqlamasında qeyd edib ki, Vaşinqton Çindən idxal olunan mallara əlavə gömrük rüsumu tətbiq etməyəcək – yalnız Avropa ölkələri eyni addımı atarsa, bu məsələ gündəmə gələ bilər. O, həmçinin ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirə biləcəyini də istisna etməyib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
1
azpolitika.info

2Mənbələr