Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Ermənilər Zəngəzur və Göyçə bölgəsini tədricən tərk edir. Göyçənin Sotk ərazisinin rəhbəri Sevak Xaçatryan bölgədə işsizlik probleminin olduğunu dilə gətirib. Tavuş rayonunun Movses kəndinin inzibati rəhbəri Aşot Poladyan da işsizlikdən əziyyət çəkdiklərini deyib. Bildirib ki, kəndi tərk edənlər azdır, lakin işləmək üçün tez-tez xaricə üz tutanlar da var: Təkcə kənddə yox, ümumilikdə bölgədə işsizlik problemi olduğu yazılır.
Zəngəzurun Xnatsax (Xanazax) qəsəbəsinin inzibati rəhbəri Seyran Mirzoyan isə insanların ərazini tərk etdiyini bildirib. O, kəndin boşalması haqda deyilənlərin doğru olmadığını deyib, lakin əlavə edib ki, zaman-zaman gedənlər olur.
Onun sözlərinə görə, hazırda qəsəbədə 130 ev var, halbuki bir neçə il öncəyə qədər bu say 145 idi: “Sonuncu dəfə 3 ay əvvəl gedənlər olub. Gedənlərin də əsas səbəbi işsizlikdir”.
Bu bölgələrin boşalması Ermənistanın sərhəd təhlükəsizliyi baxımından nə kimi risklər yarada bilər?
Ümumiyyətlə, yarada bilərmi?
Azərbaycan-Ermənistan münasibətləri fonunda bu miqrasiyanın hər hansı siyasi nəticələri ola bilərmi?
Son olaraq, Ermənistan hakimiyyəti bu bölgələrin boşalmasının qarşısını almağa çalışır, yoxsa bu prosesə səssiz qalıb? Hansı onlara daha çox sərf edir?
Ümumiyyətlə, Ermənistanın bu bölgələri, xüsusilə Zəngəzur və Tavuş Azərbaycanla birbaşa sərhəddə yerləşir. Bu ərazilərin tərk edilməsi demoqrafik boşluq yaradır. Digər risklər də var, əlbəttə. Məsələn, kəndlərin boşalması sərhədin fiziki və sosial nəzarətini azalda bilər.
Yerli əhalinin olmaması o deməkdir ki, Ermənistan ordusu və sərhəd xidmətləri daha geniş ərazilərə nəzarət etməli olur. Bu isə resurs çatışmazlığı və nəzarətsiz zonaların yaranması ilə nəticələnə bilər. Əgər Ermənistan bu bölgələri itirəcəyindən narahat olursa, sosial tənəzzül orada yaşayan azsaylı əhalini də regiondan uzaqlaşdırır. İşsizlik problemi belədir ki, Ermənistan hökumətinin kəndlərdə iş yerləri yaratmaq, infrastruktur çəkmək və ya məcburi köçü dayandırmaq üçün kifayət qədər iqtisadi resursları yoxdur.
Onsuz da, Ermənistan hökuməti bu vəziyyətə qarşı ciddi tədbir görmür. Ya da özü görmək istəmir, baş verən bu təbii halı hansısa formada dəyərləndirmək istəyir. Konkret olaraq, kəndlərdə iş yerlərinin yaradılması, sosial infrastrukturun qurulması və ya əhalinin geri qaytarılması üçün real proqramlar müşahidə olunmur.
Bəlkə də, mövcud hakimiyyət bu miqrasiyanı təbii proses kimi təqdim edərək məsuliyyətdən yayınmağa çalışır.
Hər bir halda proseslərin Azərbaycan tərəfinə heç bir mənfi təsiri yoxdur, ola da bilməz.
Elmar
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.