AZ

20 sentyabr xalqımızın milli qürurunun simvoludur- ÖZƏL

"20 sentyabr Ağdərə, Xocavənd, Xankəndi və Xocalının azad edilməsinin ildönümü kimi Azərbaycan tarixində xüsusi yer tutur. Bu gün həm ərazi bütövlüyümüzün bərpasının, həm də xalqımızın milli qürurunun simvoludur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Azad edilmiş torpaqlar bu gün yalnız dirçəlmə və bərpa mərhələsindən keçmir, həm də beynəlxalq tədbirlərin mərkəzinə çevrilərək Azərbaycanın qlobal arenadakı mövqeyini möhkəmləndirir. Bir vaxtlar faciələrin rəmzinə çevrilmiş Xankəndi bu gün artıq regional əməkdaşlıq və beynəlxalq dialoqun yeni məkanına çevrilib. Burada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti şəhərin yeni statusunu təsdiqlədi. Prezident İlham Əliyevin dediyi kimi: "Biz azad olunmuş torpaqları bərpa etməklə yanaşı, onları beynəlxalq əməkdaşlıq məkanına çeviririk. Xankəndi bu gün regionun mühüm siyasi mərkəzi kimi formalaşır". Sammitdə iştirak edən dövlətlərin nümayəndələri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etdiklərini nümayiş etdirdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
54
olaylar.az

1Mənbələr