BAKI, 17 sentyabr. TELEQRAF
"Cari ilin birinci yarısında xaricdən Azərbaycana edilən pul köçürmələrinin həcmi 533,9 milyon ABŞ dolları təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə AMB-nin statistika departamentinin direktoru Samir Nəsirov Tədiyə balansına dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, hesabat dövründə ölkəyə ən çox pul köçürmələrini həyata keçirən Rusiya Federasiyası olub.
Cari ilin 1-ci yarısının yekunlarına əsasən, Azərbaycana edilən pul köçürmələri üzrə 5 əsas ölkə aşağıdakılardır: Rusiya - 214 milyon dollar, Türkiyə - 87.8 milyon dollar, Böyük Britaniya - 18,8 milyon dollar, Birləşmiş Ərəb Əmirlikləri isə təxminən 18,6 milyon dollar təşkil edib. ", - o qeyd edib.
"Hesabat dövründə Azərbaycandan xarici ölkələrə edilən pul köçürmələrinin həcmi isə 238,1 milyon ABŞ dollar təşkil edib- deyə Samir Nəsirov əlavə edib.