AZ

Hindistanda 15 nəfər ölüb, 16 nəfər itkin düşüb

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hindistanın Uttarxand əyalətində leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 15 nəfər ölüb, 16 nəfər itkin düşüb. SİA xarici KİV-ə istinadən məlumat verir ki, Hindistanın şimalındakı Uttarxand əyalətində yağan güclü yağış daşqın və torpaq sürüşməsinə səbəb olub. Çaylar daşaraq evləri, mağazaları və yolları su altında qoyub. İnfrastruktura böyük ziyan dəyib. Dehradunda 15, şəhərdə 13, Pithoraqarh və Nainitalda isə hər birində bir cəsəd tapılıb. Uttarxand Fəlakət İdarəsi 16 nəfərin itkin düşdüyünü bildirib. İtkin düşənlərin axtarışları davam edir.

Svarna çayında qalan gənci Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri qrupları kəndirlərdən istifadə edərək xilas ediblər. Daşqın təhlükəsi olan ərazilərdə yaşayan sakinlərə ayıq-sayıq olmaları və qaydalara əməl etmələri barədə xəbərdarlıq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
sia.az

2Mənbələr