AZ

Messi komandasına qələbə qazandırdı - VİDEO

“İnter Mayami” MLS-də 31-ci tur çərçivəsində doğma meydanda “Seetl Saunders”lə qarşılaşıb.

Fanat.Az xəbər verir ki, Lionel Messinin komandası rəqibini 3:1 hesabı ilə məğlub edib.

Artıq 12-ci dəqiqədə onun ötürməsindən sonra Jordi Alba meydan sahiblərini hesabda irəli çıxarıb. Fasilə ərəfəsində argentinalı özü dəqiq zərbə ilə komandasının üstünlüyünü ikiqat artırdı. İkinci hissənin əvvəlində Yan Frey üçüncü qolu vuraraq, “İnter Mayami”nin üstünlüyünü təmin edib. Qonaqlar yalnız 69-cu dəqiqədə təsəlli qoluna imza ata bilib.

Bu qələbə Mayami klubuna 27 matçda 49 xal qazanmağa və Şərq Konfransının turnir cədvəlində beşinci pilləyə yüksəlməyə imkan verib.

“İnter Mayami” növbəti oyunu sentyabrın 21-də “D.C. United”ə qarşı keçirəcək.

Seçilən
36
fanat.az

1Mənbələr