AZ

Almaniya kansleri: Ukraynada sülh ərazi bütövlüyü bahasına əldə olunmamalıdır

Ukraynada sülh razılaşması ölkənin siyasi suverenliyi və ərazi bütövlüyü bahasına əldə olunmamalıdır.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Bundestaqda çıxışı zamanı bəyan edib.

NATO müttəfiqlərinin sərhədlərinin pozulması və Ukraynaya təzyiq – Kremlin strategiyasının bir hissəsidir. Almaniya Kiyev üçün ədalətli sülhün tərəfdarıdır.

“Məcburi sülh, azadlıqdan məhrum sülh Putini sadəcə növbəti hədəf axtarmağa ruhlandıracaq”, – Merts bildirib.

Seçilən
25
4
apa.az

7Mənbələr