AZ

Erməni rusiyalı müğənninin pulunu necə mənimsəyib? – DETALLAR – VİDEO

Rusiyanın xalq artisti, müğənni və bəstəkar Oleq Qazmanov topladığı bütün pullarını ailə dostuna borc verib. İndi o, bu vəsaitin geri qaytarılması uğrunda mübarizə aparır. 

Bizim.Media xəbər verir ki, bu barədə Qazmanov ailəsinin vəkili Roman Kuzmin İzvestiya qəzetinə məlumat verib.

Vəkilin sözlərinə görə, pulu müğənnidən milliyyətcə erməni olan Gevork Sarkisyan borc olaraq götürüb.

Vəsaiti ona Qazmanovun həyat yoldaşı verib. Fırıldaqçılıqda ittiham olunan şəxs isə borc aldığı vəsaiti “investisiya” etdiyini bildirib, amma haraya yatırdığı barədə açıqlama verməyib.

“Sarkisyan ABŞ, Fransa, Böyük Britaniya haqqında danışıb, Meksikada investorlarının olduğunu, bütün investorlarının ona milyardlarla borclu olduğunu bildirib. Yəqin ki, az qala İlon Mask ilə də dost olacaqdı”, — deyə vəkil açıqlayıb.
 

Bir il sonra Sarkisyan borcu qaytarmaqdan imtina edib, müxtəlif səbəblər göstərərək COVID epidemiyasından tutmuş xüsusi hərbi əməliyyatlara qədər. Buna görə də o, pulları ABŞ-dan köçürə bilməyib.


Nəhayət, Qazmanovlar Rusiya İstintaq Komitəsinə müraciət ediblər.

İzvestiyanın mənbəsi sentyabrın 14-də bildirib ki, Qazmanov və ailəsi fırıldaqçılığın qurbanı olub. Şübhəli isə ailə dostu Gevork Sarkisyan çıxıb və həbs olunub. Nəticədə Rusiya CM-in 159-cu maddəsinin 4-cü hissəsi üzrə (“Xüsusi böyük miqdarda fırıldaqçılıq”) cinayət işi başlanıb. İş üzrə növbəti məhkəmə iclası 24 sentyabrda təyin edilib.


Bizim.Media

Seçilən
30
bizim.media

1Mənbələr