AZ

Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 19 sentyabr 2025-ci il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10:00-dan Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 18 sentyabr 2025-ci il tarixində Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09:00-da başlayacaqdır.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

Seçilən
45
5
qht.az

9Mənbələr