Rusiya Xarici İşlər naziri Sergey Lavrov açıqlamasında bildirib ki, ABŞ-la ticarət vasitəsilə Putini “cəlb etmək” və Ukrayna məsələsində güzəştə getmək cəhdi uğursuz olacaq.
Musavat.com xəbər verir ki, Lavrovun digər açıqlamaları da diqqət çəkib.
Nazir vurğulayıb ki, Ukraynadakı sülhməramlılar Rusiya ordusu üçün qanuni hədəfdir. O, Avropanı Ukrayna üzrə danışıqlarda öz yerini qorumağa çalışmaqda ittiham edib, lakin bildirib ki, mövqeləri nəzərə alınarsa, ora girməyə haqqı yoxdur.
O həmçinin bildirib ki, Zelenski Qərbdəki “sağlam qüvvələrin düzgün siyasət yürütməsinə mane olmaq” və ABŞ ilə Avropa Birliyini Çin əleyhinə yönəltmək istəyir.
Rusiya naziri əlavə edib ki, Rusiya ordusu mülki obyektlərə və sakinlərə zərbə vurmur, BMT Baş katibi isə Ümumdünya Təşkilatının Nizamnaməsinin tələblərini yerinə yetirmir.
Musavat.com