AZ

Faydalı hesab olunan pırasa - yeməzdən əvvəl iki dəfə düşünün

Qış mövsümünə yaxın pırasanın satışı artır. Həkimlər çox vaxt dadsız və qırışmış kimi təsvir edilən bu tərəvəzin az bilinən faydalarına diqqət çəkirlər.

E-saglam.az xəbər verir ki, soğan ailəsinin üzvü olan pırasa sağlamlıq üçün bir çox faydalı birləşmələr ehtiva edir. Onların arasında flavonoidlər xüsusi yer tutur. Tərkibindəki kaempferol qan damarlarını qoruyur və zədələnməsini azaldır. Folatla zəngin olması ürək sağlamlığını dəstəkləyir. Antioksidant xüsusiyyətə malik qallik turşusu qocalma prosesini ləngidir. Kükürd tərkibli birləşmələr isə xərçəngə, xüsusilə də yoğun bağırsaq xərçənginə qarşı qoruyucu təsir göstərir.

Nə bilmək lazımdır?

Pırasanı yuyulmadan soyuducuda təxminən 1 həftə, dondurucuda isə 3 aya qədər saxlamaq mümkündür. Bişirildikdən sonra soyuducuda maksimum 48 saat təravətli qalır.

Bir porsiya pırasa qanın laxtalanmasında mühüm rol oynayan K vitamini ehtiyacının 30%-ni, manqan ehtiyacının 13%-ni və C vitamini ehtiyacının 6%-ni təmin edir. Lakin tərkibində oksalat olduğundan çox miqdarda qəbul edildikdə kalsiumun sorulmasına mane ola bilər. Həzm problemləri yaşayanlara isə pırasanı yaxşı bişirib az miqdarda yemək tövsiyə olunur, çünki qaz əmələ gətirə bilər.

Pırasa ilə nə hazırlamaq olar?

Pırasanı salatlarda soğan əvəzinə istifadə etmək olar.Omlet və menemenə əlavə etmək olar.Kartofla birlikdə bişirib püre halına gətirərək şorba hazırlamaq olar.Kəskin dadını azaltmaq üçün bir az bulyonda bişirmək mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
11
e-saglam.az

1Mənbələr