AZ

133 min manat dələduzluq edən Əlizamin Mayılov məhkəmə QARŞISINDA

ain.az, Bizim media saytına istinadən bildirir.

Külli miqdarda dələduzluqda ittiham olunan Əlizamin Mayılovun cinayət işinin növbəti məhkəmə prosesi baş tutub.Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilərək dövlət ittihamçısı Ə.Mayılovun 7 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.Məhkəmənin növbəti iclası 24 sentyabra təyin edilib.Qeyd edək ki, Ə.Mayılov 133 min manat dələduzluqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. (Oxu.az)Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
bizim.media

2Mənbələr