AZ

Bu görüntülərə görə saxlanıldılar Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Böyük Britaniyada Vindzor qəsri ilə bağlı hadisəyə görə saxlanılanlar var.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “BBC News” məlumat yayıb.

Belə ki, 4 nəfər maliyyəçi Cefri Epşteynlə ABŞ Prezidenti Donald Trampın görüntülərini qəsrin divarlarına proyeksiya etdiklərinə görə saxlanılıb.

Bildirilib ki, hadisə Trampın dövlət səfəri üçün Londona getdiyi gün baş verib. Polis bunu ictimai nümayiş olaraq qiymətləndirib.

Xatırladaq ki, daha əvvəl qəsrin yaxınlığında bir qrup fəal azyaşlıların alverində və cinsi istismarda ittiham olunan Cefri Epşteyn və Donald Trampın fotosunu da yerə sərmişdilər. 

Qeyd edək ki, C.Epşteyn 2002-2005-ci illər arasında onlarla yeniyetmə qızın onun Manhettendəki iqamətgahına və şəxsi adaya səfərlərini təşkil etməkdə ittiham olunurdu. Müstəntiqlər dəvət edilən qızların ən kiçiyinin 14 yaşında olduğunu müəyyən ediblər. O, 2008-ci ildə həbs olunub. 2019-cu ilin avqustunda C. Epşteyn həbsxana kamerasında yarı huşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
2
qafqazinfo.az

3Mənbələr