AZ

Azərbaycandan Ukraynaya pul köçürmələrinin həcmi məlum olub

BAKI, TurkicWorld

Bu ilin birinci yarımilində Azərbaycandan Ukraynaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,497 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,757 milyon ABŞ dolları və ya 41,3% azdır.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Ukraynanın payı 1% təşkil edib.

2024-cü ilin birinci yarımilində Azərbaycandan Ukraynaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,254 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəki göstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azdır.

Seçilən
38
1
turkic.world

3Mənbələr