"South China Morning Post" qəzeti iki rəsmi mənbəyə istinadənyazırki, iki ölkə prezidentin səfəri ilə əlaqədar danışıqları başa çatdırmaq üzrədir. Məlumata əsasən, səfər oktyabrın 31-i – noyabrın 1-i aralığında Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının (APEC) sammitindən əvvəl, yaxud sonra baş tutacaq.
Qəzet vurğulayır ki, Donald Tramp, həqiqətən də, Pekinə gedərsə, bu onun 2017-ci ildən bəri Çinə ilk gedişi sayılacaq. Belə bir şəraitdə çinli həmkarı Si Tsinpinin də gələn il ABŞ-yə cavab səfəri həyata keçirməsi mümkündür.
"Rəsmi Pekin sentyabrın ilk həftəsində Donald Trampa rəsmi dəvət göndərib. Bu o deməkdir ki, dövlət səfəri az-çox təsdiqlənib", – qəzet yazır.
Firudin Həmidli
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta