AZ

Bu şəhər Azərbaycanın alternativ paytaxtı olur? İki mühüm addım atıldı

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Füzuli Beynəlxalq Hava Limanında qarşılaması, Şuşada onlarla görüşməsi “alternativ paytaxt” mövzusunu yenidən gündəmə gətirir.

Belə önəmli qonaqların qəbulunu Bakıda keçirmək, xüsusilə yeni dərs ilinin başladığı günlərdə və “Formula‑1” yarışlarının astanasında olduğumuz vaxtlarda şəhərin nəqliyyat sistemi və infrastrukturu baxımdan böyük tıxaca səbəb ola bilərdi. Məhz bu səbəbdən ən müvafiq seçim – yüksək səviyyəli rəsmi qarşılanmaların Qarabağda keçirilməsi — logistik və simvolik əhəmiyyət kəsb edir.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Azərbaycan hökuməti Qarabağın bərpasına milyardlarla vəsait xərcləyib və bu tendensiya davam edir:

“Qarabağda quruculuq işlərinin mahiyyəti təsdiq edir ki, ölkənin bütün əraziləri paytaxt səviyyəsinə qədər gəlib çatsın. Buna görə də planlı şəkildə ağıllı yaşayış məntəqələri salınmaqda, torpaqlardan maksimum effektiv istifadə diqqətdə saxlanılmaqdadır.

Bərpa və quruculuq işlərinin sürətlənməsi üçün Azərbaycan xarici sərmayəni də cəlb edə bilər. İndiyədək bir neçə ölkə çox kiçik həcmdə yardımlar edib. Bu, tələb olunan ümumi yardımların miqyası ilə müqayisədə olduqca azdır.

Mütəllim Rəhimli

Prezidentin addımları göstərir ki, o, Azərbaycanın regionda yerləşən şəhərlərinin infrastrukturunu da Bakı səviyyəsinə qaldırmaq niyyətindədir. Ona görə də yüksək səviyyəli qonaqları Qarabağda qəbul edir. Prezident İlham Əliyevin BƏƏ Prezidentini Füzuli hava limanında qarşılaması və Şuşada keçirilən görüşlər diqqəti bu bölgəyə yönəltməyə xidmət edir. BƏƏ kimi varlı ölkənin bu regiona sərmayə yatırması üçün böyük potensialı var”.

Ekspert bildirib ki, paytaxtın köçürülməsi ilə bağlı çoxdandır müzakirələr gedir, müxtəlif fikirlər səsləndirilir:

“Bununla bağlı hökumətin düşüncəsi olarsa, mütləq ictimaiyyətlə paylaşardı. Bu, gizli fəaliyyət deyil. Çünki həm yeni paytaxtın yerinin müəyyənləşdirilməsi, həm də onun üslubu, forması, coğrafi mövqeyinin əlverişli olması cəmiyyətdə əminlik və inam yaratmalıdır. Belə niyyət olardısa, Prezident xalqa açıqlayardı”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
2
globalinfo.az

3Mənbələr