AZ

Nigarla arasındakı qalmaqaldan danışdı

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Əməkdar artist Fərqanə Qasımova müğənni Nigar Camal ilə arasında baş verən qalmaqala münasibət bildirib.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, o, bu haqda "Rəngarəng" verilişində danışıb. 

"Sənətkara hörmət edən insan onun ailəsinə də hörmət etməlidir. Sabah hər kəs üz-üzə gəlir. Məclislərdə rastlaşırıq. Əl yeri qoymaq lazımdır. O xəbərləri də mən yaymamışdım. Hamısı qondarma idi. Bunu inanmıram ki, Nigar Camal da özü edib. Sadəcə arada ürəkbulandıran adamlar var. Dəfələrlə demişəm ki, nə Alim Qasımova, nə də ailəsinə toxunun. Mən də onun qızıyam. Bizim ailəmizə ürək bulandıran söhbətlər salmayın.

Haqqımızda nə eşitsəz, bilsəz, yalan da olsa, doğru da olsa qulaqlarınızı bağlayın. Biz abrımızı-həyamızı qoruyan insanlarıq. Biz musiqiyə xidmət edən insanlarıq. Bu dəfə bunu xoş sözlərlə izah etdim, amma gələn dəfə çox güman ki, fikirlərim belə mülayim olmayacaq, sərt sözlər işlədə bilərəm", - deyə Fərqanə Qasımova bildirib.

Qeyd edək ki, "Dream Fest"ə qatılan zaman qara bodidən istifadə edən Nigar açıq görünüşünə görə tənqid olunmuşdu.

Fərqanə Qasımova da tənqidlərə qoşularaq "Kəsmə yollarla önə getmək əlbəttə, çox rahatdır - türk qardaşlarımız demişkən" deyə, Nigara şərh bildirmişdi.

Nigar isə onun iradını cavabsız qoymamışdı:

"Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm.

Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz. Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyacı yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
2
moderator.az

3Mənbələr