Nəşrin yazdığına görə, əvvəlcə Estoniyada yerləşən qüvvələrə əlavə olaraq Eurofighter və F-35 təyyarələrinin göndərilməsi müzakirə olunsa da, bu plan artıq gündəmdən çıxarılıb. İtaliya yalnız Estoniyada yerləşdirilmiş Samp-T hava hücumundan müdafiə sistemi və radarlarla təchiz olunmuş təyyarələrin xidmət müddətini uzadacaq. Xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani də təsdiqləyib ki, əlavə qırıcı göndərilməyəcək: "Başqa təyyarə olmayacaq", - deyə o bildirib.
Xatırladaq ki, NATO-nun baş katibi Mark Rutte 12 sentyabrda "Şərq Keşikçisi" əməliyyatının başladığını açıqlayıb. Bu addım Polşa hava məkanının pilotsuz uçuş aparatı (PUA) tərəfindən pozulmasından sonra atılıb. Əməliyyata artıq Danimarka, Fransa, Böyük Britaniya və Almaniya qoşulub. Sonradan İspaniya və İsveç də iştirakını təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31