Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC “Formula1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar iş rejimində dəyişiklikedəcək.
Trend xəbərverir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-ə keçəngecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinləringirişinə açıq olacaq.
"Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalardagücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlarhazır vəziyyətdə saxlanılacaq.
Rahat və təhlükəsiz səfərlər üçün metropolitendən düzgünistifadə qaydalarına riayət etməyi unutmayaq",- deyə əlavəedilib.