AZ

İsrail ordusunu gözləyən təhlükə Qəzzada ona dəhşət hazırlanıb

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“İsrailin Qəzzaya hücumu üzləşdiyi çətinlikləri daha da dərinləşdirəcək və Təl-Əvivə qarşı beynəlxalq təzyiq artacaq”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu İsrail ordusunun Qəzzaya daxil olması ilə bağlı danışarkən deyib.

O bildirib ki, İsrailin indiyə qədər HƏMAS-a qarşı apardığı əməliyyatlar uğursuzluqla yadda qalıb:

“HƏMAS-a qarşı hərbi əməliyyatlar 2 ildir davam edir. Nəticədə İsrail nə əldə edib? Təcrid vəziyyətinə düşüb və hökumət rəhbərinə qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı verilib. İsrailin imici ciddi şəkildə zədələnib və Fələstin dövlətini tanıyan dövlətlərin sayı artıb.

Ordu rəhbərliyi bəyan etmişdi ki, HƏMAS-a üstünlük qazandıran tunellər məhv edilib. Amma məlum oldu ki, sadəcə 5 faizi sıradan çıxıb. Hava və artilleriya zərbələri ilə HƏMAS-ı sıradan çıxarmaq mümkün deyil. Quru əməliyyatları mütləqdir. İsrail ordusu da quru əməliyyatlarında çox zəifdir və ciddi itkilər verir. Qəzzaya genişmiqyaslı hücum o deməkdir ki, İsrail ciddi itkilərlə üzləşəcək”.

Əli Zülfüqaroğlu

Ekspert qeyd edib ki, Qəzzada hərbi əməliyyatlar qısa müddətdə başa çata bilməz:

“Dolayısı ilə İsrailin HƏMAS-ı tamamilə sıradan çıxarması mümkünsüzdür. Əvəllər 50 min HƏMAS üzvü var idisə, indi bütövlükdə Qəzza əhalisi İsrailin qeyri-adekvat addımları nəticəsində potensial HƏMAS üzvünə çevrilib. HƏMAS ideoloji təşkilatdır. Ona görə də onu siyasi və hərbi rəhbərliyinin sıradan çıxarılması ilə məğlubiyyətə uğratmaq mümkünsüzdür. Nə qədər ki Fələstin dövləti yaranmayıb, nəinki HƏMAS-ın sıradan çıxarılması mümkün olacaq, İsrailə qarşı yeni silahlı müavimət hərəkatları da yaranacaq.

Hərbi əməliyyatların uzanacağı dəqiqdir. Bu isə o deməkdir ki, İsrailin təcrid edilməsi günü-gündən genişlənəcək. Britaniya, Avropa İttifaqı ölkələri və ABŞ daxilində hökumətə təzyiqlər artacaq. Nəticədə Netanyahu hökumətinin devirlməsi ilə bağlı adıçəkilən ölkələr daha sıx tədbirlər görməyə çalışacaqlar. Ona görə də hesab edirəm ki, Qəzza bataqlığı İsrail hökumətinin sonunu tezləşdirəcək”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
globalinfo.az

1Mənbələr