AZ

Kaxa Kaladze: "Onlar Gürcüstanda dövlət çevrilişinin təşkili üçün hər şeyi edirlər"


Ukraynadan Gürcüstana gətirilən heksogen maddəsi ilə bağlı alınan izahatlar və etiraflar sübut edir ki, düşmən sakitləşməyib. Onlar Gürcüstanda dövlət çevrilişi, qan tökülməsi, inqilab və insanlar arasında qarşıdurma təşkil etmək üçün bütün cəhdləri edirlər.

Bu sözləri jurnalistlərə açıqlamasında hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze söyləyib.

“Bu, çox ağır faktdır. Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarına qabaqlayıcı tədbirlərə görə təşəkkür edirəm. Bildiyimə görə, istintaq davam edir. Suallar çoxdur, gözləmək lazımdır. Bu cinayət növü ilə məşğul olmaq çox ağır faktdır”, - deyə Kaladze vurğulayıb.

ZÜMRÜD

Seçilən
21
5
baki-xeber.com

6Mənbələr