AZ

ABŞ-ın NATO ilə razılaşdırılmış ilk hərbi yardımı Ukraynaya çatdırıldı

ABŞ tərəfindən NATO ölkələrinin maliyyələşdirdiyi ilk hərbi yardım paketləri artıq Ukraynaya göndərilib.

Editor.az xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət ABŞ və alyans ölkələri arasında imzalanmış yeni maliyyə razılaşması çərçivəsində nəzərdə tutulan dörd yardım paketindən gedir. Hərbi texnika və avadanlıq həmin razılaşmaya uyğun olaraq Kiyevə çatdırılır.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr