AZ

İtaliya NATO-nun şərq cinahını gücləndirmək üçün döyüş təyyarələri göndərməyəcək

İtaliya

İtaliya, NATO-nun şərq cinahını gücləndirmək məqsədilə döyüş təyyarələri göndərməkdən imtina edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "La Repubblica" qəzetində məlumat verilib.

Məlumata görə, Roma yalnız Estoniyada olan Samp-T hava hücumundan müdafiə sisteminin xidmət müddətini uzadacaq və radarlarla təchiz edilmiş təyyarələri göndərəcək.

İtaliyanın Xarici İşlər Naziri və Baş nazir müavini Antonio Tayani bu məlumatı təsdiqləyib və bildirib ki, "artıq təyyarə göndərilməyəcək".

Məryəm Quliyeva

Seçilən
47
xalqcebhesi.az

1Mənbələr