AZ

FİFA Azərbaycan klublarına pul ödəyəcək

FİFA 2026-cı il dünya çempionatının seçmə mərhələsində iştirak edən futbolçular üçün klublara kompensasiya ödəmək barədə yeni mexanizm tətbiq edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.

Əvvəllər qurum yalnız mundialın final mərhələsində, qrup oyunlarından başlayaraq iştirak edən futbolçulara görə ödəniş edirdi. İndi isə klubları milli komandalara buraxmağa həvəsləndirmək üçün seçmə mərhələdən etibarən ödəniş ediləcək.

Yeni sistem üzrə ödənişlər üçün FİFA-nın 355 milyon dollar ayıracağı gözlənilir. Bu məbləğ 2018 və 2022-ci illərdəki xərclərdən 209 milyon dollar çoxdur.

Bu sistemdən milli komandalara futbolçu göndərən Azərbaycan klubları da yararlana biləcək. Lakin bu qayda Rusiya və Eritreyaya şamil olunmur. Hər iki ölkə 2022-ci ildən turnirlərdən kənarlaşdırılıb.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

"Cebheinfo.az" 

Seçilən
26
2
cebheinfo.az

3Mənbələr