AZ

İspaniya İsrail Eurovision-da iştirak edərsə müsabiqəni boykot edəcək

Ajans.az xəbər verir ki,bu mövqe ilə daha əvvəl Hollandiya, İrlandiya və Sloveniya çıxış etmişdi. İspaniyanın da həmin ölkələrə qoşulması həm İsrailə, həm də Eurovision-u təşkil edən Avropa Yayım Birliyi (EBU)-ya təzyiqləri artırır. İspaniyanın ictimai yayım qurumu RTVE, qərarın Madriddə keçirilən idarə heyəti iclasında qəbul edildiyini açıqlayıb. Bubəyanat İspaniyailə İsrailarasındadiplomatikgərginliyinartdığı birvaxtdasəsləndirilib. Ötən həftə İsrailə məxsus velosiped komandasının İspaniyanın məşhur Vuelta yarışında iştirakı əleyhinə kütləvi etirazlar keçirilmiş və tədbirə maneələr yaranmışdı. İspaniyanın Baş naziri Pedro Sançes bazar ertəsi açıqlamasında, İsrailin beynəlxalq idman yarışlarında iştirakının qadağan olunmasını istədiyini bildirmişdi. Avropa Yayım Birliyi keçən həftə üzv ölkələrlə “Eurovision-da iştirak və geosiyasi gərginliyin necə idarə olunması” mövzusunda məsləhətləşmələr apardığını və hər bir iştirakçı ölkəyə 2024-cü ilin dekabr ayının ortalarına qədər yekun qərar vermək üçün vaxt tanındığını bildirmişdi. Xatırladaq ki, Rusiya, 2022-ci ildə Ukraynaya tammiqyaslı hücum həyata keçirdikdən sonra Eurovision müsabiqəsindən çıxarılmışdı. Buna baxmayaraq, İsrail 2023 və 2024-cü illərdə apardığı hərbi əməliyyatlara və beynəlxalq narazılıqlara baxmayaraq yarışmada iştirak edib. 2025-ci il Eurovision Mahnı Müsabiqəsinin final mərhələsi may ayında Avstriyanın paytaxtı Vyanada keçirilməsi planlaşdırılır.

 

Seçilən
44
Ajans.az

1Mənbələr