AZ

Parlamentin İnsan hüquqları komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib. SİA xəbər verir ki, komitə sədri Zahid Oruc əvvəlcə İnsan hüquqları komitəsinin 2025-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, ötən sessiya ərzində 12 iclas keçirilib,16 məsələyə baxılıb, həmçinin komitəyə vətəndaşlardan ümumilikdə 510 ərizə daxil olub.

Sonra Z.Oruc komitənin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Qeyd edilib ki, gələn sessiyada rəqəmsal və informasiya suverenliyi, həmçinin insan haqları mövzularına diqqət yetiriləcək, qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə ediləcək, vətəndaşlarla mütəmadi görüşlər keçiriləcək.

Müzakirələrdə iştirak edən deputatlar məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

İclasın sonunda ötən sessiya ərzində komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Seçilən
41
10
sia.az

10Mənbələr