AZ

Kənd Qadınları Assosiasiyasının sədri: Naxçıvanda ilk qadın koorporativi yaradılacaq

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Naxçıvan, 17 sentyabr, AZƏRTAC

Statistikaya görə, kənd yerlərində yaşayan qadınların 70 faizi təsərrüfatla məşğuldur və onların 35 faizi həyatlarını bu gəlirlərlə təmin edirlər. İstəyirik ki, qadınların həyatını yaxşılaşdıraq və onların gəlirlərini artırmaq üçün dəstək göstərək. Bu məqsədlə qadın kooperativlərinin yaradılması ilə bağlı müəyyən işlərə start verilib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova deyib.

O qeyd edib ki, Naxçıvanda ilk qadın koorporativi yaradılacaq və bu koorporativ ucqar kəndlərdə yaşayan istehsalçı qadınları öz sıralarında birləşdirəcək. Onların məhsullarının emalı, satışı və əlaqələrinin yaranması üçün dəstək göstəriləcək: "Yeni kollektiv bizneslərin yaradılması üçün planlar var. Naxçıvandakı qadın koorporativinin Azərbaycanın digər regionlarındakı, həmçinin Türkiyədəki qadın kooperativlərlə əlaqələri yaradılacaq. Naxçıvanda keçirilən bugünkü tədbirdə Türkiyədən iki qadın koorporativinin sədri onlayn şəkildə iştirak etdi. Onlar öz təcrübələrini və uğurlarını Naxçıvan qadınları ilə bölüşdülər, bu, onların gələcək əməkdaşlıqlarının ilkin başlanğıcı olacaq".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
3
azertag.az

4Mənbələr