AZ

ADY: Bakı-Qəbələ-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişir

Payız-qış mövsümünə uyğun olaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin qatarının hərəkət cədvəli yenilənir.

Azərbaycan Dəmir Yolları QSC-dən Teleqraf-a verilən məlumatagörə, oktyabrın 11-dən etibarən qatar Bakıdan Qəbələyə yalnız həftənin şənbə günü, Qəbələdən Bakıya isə yalnız həftənin bazar günü hərəkət edəcək.

Sərnişinlər biletləri və yenilənmiş hərəkət cədvəlini www.ady.az rəsmi saytından, “ADY Mobile” mobil tətbiqindən, həmçinin 7/24 fəaliyyət göstərən 1822 Çağrı Mərkəzindən əldə edə bilərlər.

Seçilən
31
1
teleqraf.com

2Mənbələr