AZ

Bakıda məşhur həkimin klinikası külli miqdarda borca düşdü - FOTO

Bakıda fəaliyyət göstərən "İstanbul Hospital" borca düşüb.

Milli.Az xəbər verir ki, bu barədə iqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarından informasiya əldə edib.

Belə ki, özəl tibb müəssisəsinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun olduğu üzə çıxıb.

Klinikanın hazırda dövlət qarşısında mövcud olan vergi borcunun miqdarı 47 830.28 manat təşkil edir.

Qeyd edək ki, "İstanbul Hospital" MMC kimi 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Klinikanın qanuni təmsilçisi və direktoru tanınmış həkim-endokrinoloq Əhməd Quliyevdir. O, 2022-ci ildən bu vəzifədədir. Əvvəllər isə Siyəzən Müalicə Diaqnostika Mərkəzində direktor müavini-baş həkim (2020-2021), Siyəzən Rayon Mərkəzi Poliklinikasında direktor (2019-2020), Siyəzən Rayon Mərkəzi Poliklinikasında baş həkim (2016-2019), Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində həkim-endokrinoloq, şöbə müdiri və Səhiyyə Həmkarlar Təşkilatının müdiri (2007-2016) vəzifəsində çalışıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
21
2
milli.az

3Mənbələr