Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 63 milyon 240 min ABŞ dolları dəyərində 28 min 184 ton ət idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 20,7%, dəyəri isə 19,8% azalıb.
Belə ki, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 78 milyon 899 min dollar dəyərində 35 min 526 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,42%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!