AZ

Qobu kəndi ərazisində YANĞIN baş verib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Abşeron rayonunun Qobu kəndi ərazisindəki boş sahədə yanğın hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a məlumat verilib.
Məlumatda kənd ərazisində olan boş sahədə yararsız avtomobil təkərlərinin yandırıldığı ehtimal olunub.
"Yaxınlıqda adamlar da var. Bütün kəndi qara tüstü bürüyüb və havadan yanmış rezin qoxusu gəlir. Deyilənə görə, lazımsız təkərləri gətirib orada yandırırlar", - deyə vətəndaş bildirib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, yanğın hadisəsi ilə bağlı heç bir çağırış qeydə alınmayıb.
Abşeron Rayon İcra Hakimiyyətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, sözügedən yanğın hadisəsinin araşdırılması üçün aidiyyəti qurumlara müraciət olunub.
Əzizə İsmayılova
Seçilən
21
oxu.az

1Mənbələr