BAKI, TurkicWorld, Fərid Mikayılov
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, ikitərəfli və regional təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Suriya paytaxtı Dəməşqdə səfərdədir.
TurkicWorld xəbər verir ki, Kalın bu səfər çərçivəsində Suriya Prezidenti Əhməd əş-Şəraa tərəfindən qəbul ediləcək.
Görüşdə ikitərəfli əlaqələr, regional təhlükəsizlik problemləri və bölgədəki son inkişafların müzakirə olunacağı gözlənilir.