AZ

Qeyri-rezidentlərə işgüzar xidmət ödənişləri 1,1 mlrd. dollara çatıb

2025-ci ilin yanvar-iyun ayları ərzində qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi 32.7% artaraq 1.1 milyard ABŞ dolları olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.

    Məlumata görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 2 milyon ABŞ dolları təşkil edib.

    2025-ci ilin 6 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2.1% artaraq 1.7 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (946.4 milyon ABŞ dolları) idxalı (752.1 milyon ABŞ dolları) üstələməsi nəticəsində 194.3 milyon ABŞ dolları həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 0.7%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1.1% azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 752.1 mln. dollar olub. Bunun 77.4%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

    Qeyd edilib ki, 2025-ci ilin 6 ayı ərzində tədiyə balansının ehtiyat aktivlərinin reallaşmış hissəsi 274.9 milyon ABŞ dolları azalıb. Bütövlükdə, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 6.7 milyard ABŞ dolları artaraq 77.7 milyard ABŞ dollarına çatıb çatıb.

    Seçilən
    14
    3
    banco.az

    4Mənbələr