AZ

Laçında növbəti əmək yarmarkası keçirilib

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramlarını davam etdirir. Agentlik tərəfindən növbəti əmək yarmarkası Laçın şəhərində təşkil olunub.

Bu barədə  nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,  “Laçın” İstirahət Kompleksi və Laçın Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkada növbə rəisi, baş mühasib, kargüzar, təsərrüfatçı, qəssab və s. sahələr üzrə 14 vakansiya təqdim edilib. Aktiv məşğulluq tədbirində çıxarılan vakansiyalara uyğun namizədlərin ilkin qeydiyyatı aparılıb.

Mustafa KamalXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
11
xalqqazeti.az

10Mənbələr