"A Bola" nəşrinə açıqlama verən isveçli futbolçu ÇL-nin əsas mərhələsinin ilk turunda "Qarabağ"a uduzduqları matçı belə dəyərləndirib:
"Veriləcək hansısa izahat yoxdu. Nə deyə bilərik ki? Komanda bütün tənqidlərə layiqdi. Sadəcə, növbəti matça çox yaxşı hazırlaşmalıyıq. Məni də qınayırlar. Futbolçuyam. Meydana çıxıram və mübarizə aparıram. "Qarabağ"a qarşı oyunda da əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Belə davam edəcəm. Zəif oynadığımı düşünmürəm".
KƏNAN BAHADIR